Azərbaycan dünyanın ən qısa orta təhsil sistemi olan ölkələrindən biridr. Dövlət İmtaham Mərkəzi (DİM) buraxılış imtahanlarını mart ayında keçirdiyindən yuxarı sinif şagirdləri məktəbə əlvida deyiblər. Tanışım məktəb direktorlarından biri deyir ki, uşaqları məktəbə gətirə bilmirik. Məcburən məktəb təhsilimi olar? Buraxılış imtahanlarından normal qiymət alan məktəblilərin valideyinləri övladlarının ali məktəbə daxil olması münasibəti ilə banket də düzənləyiblər. Barak Hüseyn oğlu Obamanın maraqlı bir fikrini təkrar xatırlayıram. “Bəzi məktəb göstəricilərində ona görə geridə qalırıq ki, məsələn, bizim uşaqlar hər il Cənubi Koreya uşaqlarından bir ay az dərs keçirlər.” O, amerikanlara belə bir çağırış etdi: “Təkcə məktəbdənkənar proqramları genişləndirmək bəs etmir, həm də məktəb günlərini elə planlaşdırmaq lazımdır ki, dərslər üçün çox vaxt ayrılmış olsu”.
İmtahan sisteminin məktəbi idarə etməsinin fəsadlarını artıq görürük.
Tribuna.az xəbər verir ki, bu sözləri sabiq deputat, təhsil eksperti Etibar Əliyev bildirib. O qeyd edib ki, yekun qiymətləndirmə proqram və materialların yekununda həyata keçirilməlidirsə hansı elmi əsaslandırma ilə məktəblərdə 2 ay dərslər keçilmir:
“Bu qərar necə qəbul olunub? Proqram, material bitməmiş imtahan etməyin heç bir məntiqi izahı yoxdur. Dərs ilinin ortasında qiymətləndirmə birbaşa subyektiv yanaşmadır və metodoloji baxımdan doğru deyil. Məktəbin düzənini pozmağa heç kimin haqqı yoxdur. Əgər bizim uşaqlar təhsil sistemi inkişaf etmiş ölkələrin uşaqlarından 3 ay az dərsə gedirlərsə, funksioanal savadsızlığın qarşısının alınması üçün tədbirlər görməliyik. Elə bir vəziyyət yaradıblar ki, uşaqlar məktəbə getməməyə sevinirlər. Halbuki məktəb uşaqları maqnit kimi özünə çəkməlidir.
DİM-in yaradılmasının 10 illik yubileyi təntənəli şəkildə qeyd edildi. Emin Əmrullayev və Məleykə Abbaszadənin çıxışlarında xeyli giliey-güzar eşitdik. Yəqin ki, gələn il də Elm və təhsil nazirliyinin yaradılmasının 5 illik yubileyi keçiriləcək. Giley-güzarı azaldıb, uşaqları məktəblərə qaytarın!”.
E.Əliyev bildirib ki, məktəb nizamının pozulmasının birbaşa cəmiyyətə mənfi təsiri danılmazdır:
“Orta məktəb şagirdlərinin davranışı bizi çox narahat edir. Məktəbdə baş verən neqativ halların xor şəklində, bilərəkdən valieyinlərin üzərinə yüklənməsi, sübut edir ki, məktəb artıq öz zəruri funksiyalarını çoxdan itirib”.
Nigar İxtiyarqızı









