Ermənistanda parlament seçkilərindən sonra həbslər intensiv şəkil almağa başlayıb. Tribuna.az xəbər verir ki, seçkilərin səhəri günü Samvel Karapetyanın əsas adamlarından biri olan politoloq Alen Qevondyan həbs olunub.
Bunun ardından isə “Güclü Ermənistan” Partiyasının sədr müavini Narek Karapetyanın ölkədən çıxışına qadağa qoyulub. Ona qarşı seçkiləri saxtalaşdırmağa cəhd, səslərin alınması üçün rüşvət təklifi maddələri ilə cinayət işinin açıldığı bildirilir.
Ermənistanın keçmiş müdafiə naziri, deputat Seyran Ohanyan barəsində də həbs qərarı çıxarılıb. “1 Mart hadisələri” ilə bağlı başladılmış cinayət işinə dair məhkəməyə gəlməyən Ohanyanın məcburi qaydada gətirilməsi barədə qərar verilib. Məsələdən xəbər tutan keçmiş nazir isə dərhal xəstəlik adı ilə özünü xəstəxanaya yerləşdirib.
Fərda Uğur









