Saxlanılan gömrükçülərin üçü buraxıldı – Rəis müavini həbs edildi

Saxlanılan gömrükçülərin üçü buraxıldı – Rəis müavini həbs edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyunun 11-də Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsində keçirdiyi əməliyyatla bağlı yeni detallar məlum olub.

Tribuna.az “Bakupost”a istinadən xəbər verir ki, əməliyyat zamanı saxlanılan 4 gömrük əməkdaşından daha ikisi sərbəst buraxılıb.

Daha əvvəl saxlanılanlardan birinin izahatı alınandan sonra sərbəst buraxıldığını yazmışdıq.

Məlumata əsasən, saxlanılan şəxslərdən biri – Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin növbə rəisi müavini İsmayıl Əliyev barəsində isə Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, “Unikal” iyunun 11-də Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsində əməliyyat keçirdiyi, əməliyyat zamanı 4 əməkdaşın saxlanıldığı barədə məlumat yaymışdı.

Faktla bağlı araşdırmalar davam edir.