Hindistanın Hərbi Hava Qüvvələrinə məxsus “An-2” hərbi-nəqliyyat təyyarəsi qəzaya uğrayıb.
Tribuna.az BBC-yə istinadən xəbər verir ki, hadisə Corhat şəhərində təyyarə eniş etmək istərkən baş verib.
Xəsarət alanların olub-olmaması ilə bağlı hələ məlumat yoxdur. Hazırda qəzanın səbəbləri araşdırılır.
“NDTV” telekanalı isə təyyarənin aviabazanın ərazisində qəzaya düşdüyünü və yanğın qeydə alındığını bildirib.









