İranda ənənəvi cümə xütbələrində bəzi din xadimləri region ölkələrini hədələməkdən çəkinmirlər.
Tribuna.az xəbər verir ki, rejimin əsas təbliğatçıları olan imam cümələr bu dəfə də ənənəvi fikirlərlə çıxış ediblər.
Kərəc şəhərinin imam cüməsi Məhəmməd Mehdi Hüseyni Həmədani bəyan edib ki, İranın düşmənləri ilə əməkdaşlıq edən istənilən ölkə onların qanuni hədəfləri olacaq. “Düşmənlə əməkdaşlıq edən ölkələrin infrastrukturları qanuni hədəflərdir. Biz heç kimə güzəşt etməyəcəyik”.
Fərda Uğur









