Ukrayna Rusiyanın Krasnodar diyarına kütləvi dron zərbələri endirib.
Tribuna.az xəbər verir ki, vilayət qubernatoru Veniamin Kondratyev zərbələrin nəticələrini açıqlayıb. Onun sözlərinə görə, Kubanın Temryuk rayonundakı dəniz terminalında “PUA-ların qalıqlarının düşməsi” səbəbindən yanğın baş verib. Yanğının söndürülməsinə 100-ə yaxın adam, 30-dan çox texnika cəlb edilib.
Qubernator hadisə nəticəsində bir nəfərin öldüyünü, üç nəfərin isə yaralandığını bildirib.









