ABŞ və İran arasında aparılan danışıqlar yekunlaşma üzrədir.
Tribuna.az xəbər verir ki, 14 maddədən ibarət razılaşma sənədinin bütün bəndlərində tərəflər ortaq məxrəcə gəliblər.
ABŞ prezidenti Donald Tramp deyib ki, gələn həftə ərzində sülh sazişi imzalana bilər. Lakin rəsmi Tehran bunun saziş yox, anlaşma memarandumu olacağını bəyan edib.
Qeyd edək ki, tərəflərin iyunun 15-17-si Cenevrdədə bir araya gələcəyinə dair məlumat yayılıb. Lakin İranın XİN başçısı Abbas Əraqçı bildirib ki, onların Cenevrəyə gəlmək fikirləri yoxdur. Nazir gələn həftənin ilk günü Pakistanın paytaxtı İslamabadda olacaqlarını deyib.
Fərda Uğur









