Paşinyanın qələbəsi rəsmiləşdi: Tsraukyan son anda 5 mandat sahibi oldu

Paşinyanın qələbəsi rəsmiləşdi: Tsraukyan son anda 5 mandat sahibi oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda keçirilən parlament seçkilərinə yekun vuruldu.

Tribuna.az xəbər verir ki, bu ölkənin Mərkəzi Seçki Komissiyası 2005 məntəqə üzrə bütün məntəqələrdə verilmiş səslərin sayıldığını bildirib.

Qurum bəyan edib ki, Ermənistanın yeni parlamentində toplam 105 deputat təmsil olunacaq. Həmin deputatlardan 61 nəfəri hakim Vətəndaş Müqaviləsi Partiyasına məxsusdur. Samvel Karapetyanın dəstəsinə daxil olacaq deputatların sayı 28 nəfər təşkil edəcək. Koçaryan isə 11 deputatla təmsil olunacaq.

Maraqlı məsələ isə Qaqik Tsarukyanın son anda 5 mandat əldə etməsi olub. Belə ki, onun rəhbəri olduğu “Çiçəklənən Ermənistan” Partiyası 4 faizlik barajı aşmaq imkanlarından məhrum olmaq həddinə düşmüşdü. Lakin son anda səsləri 4 faizə çatdıraraq, mərhələni adlayıb.

Fərda Uğur