Bir fotoya görə timsaha yem olacaqdı – Video

Bir fotoya görə timsaha yem olacaqdı – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Filippində 29 yaşlı turist zooparkdakı nəhəng timsahı heykəl hesab edərək onunla şəkil çəkdirmək istəyib. Nəticədə isə vəhşi heyvanın hücumuna məruz qalıb.

Tribuna.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Filippinin Zamboanga Sibugay bölgəsində yerləşən Kabug Mangrove Park and Wetlands ərazisində baş verib. Məlumata görə, turist hasarı aşaraq timsahın saxlanıldığı bölməyə daxil olub və onu plastik maket zənn edərək yaxınlaşıb.

Şahidlərin sözlərinə görə, kişi mobil telefonunu çıxarıb selfi çəkməyə hazırlaşarkən təxminən 4,5 metr uzunluğunda olan “Lalay” adlı dişi timsah qəfil ona hücum edib. Yırtıcı turistin qolundan və ayağından dişləyərək onu bir müddət buraxmayıb.

Bildirilir ki, hadisə təxminən 30 dəqiqə davam edib. Nəhayət, zoopark əməkdaşlarından biri böyük riskə gedərək timsahı uzaqlaşdırmağa nail olub və yaralını xilas edib. Ağır xəsarətlər alan turist xəstəxanaya çatdırılıb. Həkimlərin onun bədəninə 50-dən çox tikiş vurduğu bildirilir.

Gülşən Rəsul