Ermənistan MN-in baş qərargah rəisi Edvard Asryan:
“Azərbaycan əsgərləri Sünikdə meşələri qıraraq, dövlət qoruğunda özlərinə mövqe düzəldiblər”.
Tribuna.az xəbər verir ki, bu iddia ilə Ermənistan Müdafiə Nazirliyinin baş qərargah rəisi, general Edvard Asryan çıxış edib.
Onun sözlərinə görə, Azərbaycan əsgərləri Ermənistan ərazisində, Nerkin Hand kəndi və Zəngəzur biosfer kompleksi ərazisində yerləşiblər.
Erməni general Azərbaycana torpaq vermək fikrində olmadıqlarını da bildirib. “Əgər bu anklavlar Ermənistanın 29.743 kvadrat kilometr ərazisinə aid olarsa, ondan bir millimetr torpaq belə verilməyəcək”.
O, həmçinin Azərbaycan tərəfi ilə əlaqə saxlamadıqlarını, əldə etdikləri məlumatları isə üçüncü tərəf vasitəsi ilə Bakıya ötürdüklərini bildirib.
Fərda Uğur









