“Nikol Paşinyan Prezident İlham Əliyevlə konkret güzəştlər məsələsində razılıq əldə edib”.
Tribuna.az xəbər verir ki, bu iddia ilə erməni ekspert Davit Mkrtçyan çıxış edib.
O bildirib ki, rəsmi Bakının birinci tələbi Qarabağla bağlı Azərbaycana qarşı ərazi iddiaları irəli sürən bütün təşkilatlar bağlanmalı və qadağan edilməlidir. “İkincisi, Ermənistan Rusiya, Fransa, ABŞ və digər ölkələrdəki qondarma “Qarabağ nümayəndəlikləri”nin və digər strukturların bağlanmasını təmin etməyə borcludur”.
O qeyd edib ki, Paşinyan Ermənistan konstitusiyasından Qarabağla bağlı tələbləri çıxarmaq üçün mümkün qədər tez bir zamanda referendum keçirməlidir. “Sülh müqaviləsinin imzalanması dərhal iki ölkənin sərhədlərinin demarkasiyası və nişanlanması demək deyil. Bundan əlavə, Azərbaycan Ermənistandan 8 anklav tələb edir ki, bu da Paşinyan və Əliyev arasında razılaşdırılıb. Ermənistan Azərbaycandan qoşunlarını 200 kvadrat kilometrdən çox ərazidən çıxarmağı tələb etsə də, Azərbaycan bu tələbi yerinə yetirəcəyinə dair heç bir işarə belə etmir”.
Fərda Uğur









