“Bu gün Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təntənəsidir”

“Bu gün Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təntənəsidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu, həm xalqlarımıza ciddi gözaydınlığıdır, eyni zamanda, bölgəyə və dünyaya ciddi mesajdır. Çünki Türkiyə-Azərbaycan birliyi bölgədə çox önəmli bir faktordur. Bu, sülh, sabitlik faktorudur, ancaq, eyni zamanda, əgər kimsə yenə də bizə qarşı ədalətsiz hərəkət etmək istəsə, əlbəttə ki, bu faktoru ciddi nəzərə almalıdır”.

TİA.AZ xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Cəbrayıl şəhərində mətbuata bəyanatında deyib.

Dövlət başçısı ötən il Şuşa Bəyannaməsinin imzalanması ilə Türkiyə və Azərbaycanın rəsmən bütün sahələrdə müttəfiq olduğunu bildirib:

“Bu gün Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təntənəsidir. Türkiyə kimi qüdrətli ölkə bizim qardaşımızdır. Bu, bizim üçün böyük xoşbəxtlikdir və İkinci Qarabağ savaşı, savaşdan sonrakı dövr bu birliyi daha da gücləndirdi”.