Uşaqlar üçün hərarət salıcı dərmanlar, İbufren, Nurofen tapılmır. Tapılan kimi də tez alınır. Çünki qış mövsümü uşaqların çox xəstələndiyi bir vaxtdır və bu hallarda qızdırma salan dərmanlara çox ehtiyac olur.
Tribuna.az-ın məlumatına görə, bir müddətdir davam edən bu problemlə bağlı saytımıza danışan pediatr Vaqif Qarayev bildirib ki, dünyada gedən bahalaşma dərman bazarına da təsir edib:
“Dərman qiymətləri hiss olunacaq dərəcədə artıb. Azərbaycanda dərman qıtlığına səbəb Rusiya-Ukrayna müharibəsidir. Bu amil qiymətə də təsir edir. Bu problemlər hazırda qonşu Gürcüstanda da yaşanır. Amma orada hökumət bu ilin yanvar ayından Türkiyə preparatlarının idxalına start verib. Qiymət fərqi də Avropa qiymətlərindən 60-80 faiz ucuz. Bizdə də türk preparatları satılır. Ancaq qiymətlər çox yüksəkdir.
Qlobal problemləri hamı görür, anlayır, amma özümüz dərman istehsal etməyincə çətinliklər qaçılmaz olacaq”.
Nigar










