Litva Seymi yeni vergi — müdafiə rüsumunu təsdiqləyib.
Tribuna.az-ın Gazeta.ru-ya istinadən verdiyi məlumata görə, bu vergi 2026-cı il yanvarın 1-dən etibarən ölkədəki əksər sığorta polisilərinin qiymətinə əlavə olunacaq.
Jurnalistlərin məlumatına görə, müdafiə vergisi 10% təşkil edəcək. Bu səbəbdən gələn ildən Litvada ev sığortası, KASKO, səyahət sığortası, tibbi sığorta və kənd təsərrüfatı texnikasının sığortası bahalaşacaq.
Bildirilib ki, yeni rüsum ƏDV prinsipi ilə işləyəcək — şirkətlər yalnız əlavə vergini toplayaraq büdcəyə yönləndirəcəklər.
İmran Kərimli









