Hollivud ulduzları Ancelina Coli və Bred Pittin qızı Vivyen də atasının “Pitt” soyadından imtina etmək qərarı verib.
Tribuna.az xəbər verir ki, 18 yaşlı Vivyen adını rəsmi olaraq Vivienne Marcheline Jolie olaraq dəyişdirmək üçün müraciət edib.
Bununla da o, son illərdə “Pitt” soyadından istifadəni dayandıran bacı-qardaşlarının yolunu davam etdirib.
Vivyen əvvəllər rəsmi sənədlərdə Vivienne Jolie-Pitt kimi qeyd olunurdu.
Qeyd edək ki, Ancelina Coli və Bred Pitt 2016-cı ildə ayrılıb, boşanma prosesi isə uzun illər məhkəmə çəkişmələri ilə davam edib.
Cütlüyün altı övladı var və onlardan bir neçəsi artıq ictimai həyatda atasının soyadından istifadə etmir.
Vivyenin də bu addımı ailə daxilindəki uzunmüddətli gərginliyin növbəti əlaməti kimi qiymətləndirilir.










