Ermənistanda saxlanılan iki hərbçimiz BQXK tərəfindən ailələri ilə əlaqə saxlayıb.
Tribuna.az Sputnik Armeniya-ya istinadən xəbər verir ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri bu yaxınlarda Ermənistanda saxlanılan iki Azərbaycan vətəndaşına baş çəkiblər.
Bu barədə BQXK-nın Ermənistandakı nümayəndə heyətinin kommunikasiya proqramlarının rəhbəri Zara Amatuni məlumat verib.
Eyni zamanda Zara Amatuni qeyd edib ki, onların vəziyyəti, şikayətləri və tələbləri barədə məlumat verə bilməz.
“Lakin bütün bu kimi məsələlər onların yerləşdiyi ölkənin hakimiyyət orqanları ilə məxfi şəkildə müzakirə olunur”, – o bildirib.









