BQXK-NİN NÜMAYƏNDƏLƏRİ AZƏRBAYCANDA SAXLANILAN ERMƏNİ MƏHBUSLARA BAŞ ÇƏKİB

BQXK-NİN NÜMAYƏNDƏLƏRİ AZƏRBAYCANDA SAXLANILAN ERMƏNİ MƏHBUSLARA BAŞ ÇƏKİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq təşkilatın əməkdaşları məhbusların sağlamlıq vəziyyətini və saxlanma şəraitini qiymətləndiriblər.

Tribuna.az Sputnik Armeniya-ya istinadən xəbər verir ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı ofisinin nümayəndələri Azərbaycanda saxlanılan erməni əsirlərə baş çəkiblər. Bu barədə BQXK-nın Ermənistandakı nümayəndə heyətinin kommunikasiya proqramlarının rəhbəri Zara Amatuni məlumat verib.

Onun sözlərinə görə, məhbuslara yaxınları ilə əlaqə saxlamaq – məktublar göndərmək, telefonla danışmaq imkanı verilib.
BQXK nümayəndələri məhbusların sağlamlıq vəziyyətini və onların saxlanma şəraitini də qiymətləndiriblər.