BQXK-nın Ermənistandakı nümayəndə heyətinin kommunikasiya proqramları rəhbəri bildirib ki, saxlanılan hərbçilərə baş çəkmək məsələsi ilə bağlı dialoq aparılır.
Tribuna.az Sputnik Armeniya-ya istinadən xəbər verir ki, bu barədə BQXK-nın Ermənistandakı nümayəndə heyətinin kommunikasiya proqramlarının rəhbəri Zara Amatuni məlumat verib.
“Vəziyyətlə bağlı BQXK məlumatlandırılıb, Azərbaycan hərbçilərinin ailələri və aidiyyəti şəxslərlə əlaqə saxlayır”, – Amatuni bildirib.
Onun sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələrinin əsgərlərinə baş çəkməklə bağlı dialoq davam edir.
Xatırladaq ki, aprelin 10-da Azərbaycan Müdafiə Nazirliyi Naxçıvanda iki hərbçimizin azaraq itkin düşməsi barədə məlumat yayıb. Onlardan biri aprelin 10-da Sisianın Bnunis kəndi yaxınlığında saxlanılıb. Aprelin 13-də Naxçıvandan sərhədi keçən ikinci əsgərimiz isə Qafanda saxlanılıb.









