BORREL ÇİN SƏFƏRİNİ TƏXİRƏ SALDI

BORREL ÇİN SƏFƏRİNİ TƏXİRƏ SALDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aİ-nin xarici işlər üzrə komissarı Josep Borrell Covid-19 testi müsbət çıxdıqdan sonra Çinə planlaşdırılan səfərini təxirə salıb.

Tribuna.az Mehrnews-a istinadən xəbər verir ki, tvitində Borrell “özünü yaxşı hiss etdiyini” və heç bir simptom olmadığını söyləmişdi.

Pekinə üç günlük səfər zamanı Borrel Çinin xarici işlər və müdafiə nazirləri ilə görüşməyi planlaşdırırdı.

Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron və Avropa Komissiyasının sədri Ursula fon der Leyen keçən həftə Çinə səfər ediblər.