BOLSONARO ABŞ-DA QALMAQ ÜÇÜN BUNU ETDİ

BOLSONARO ABŞ-DA QALMAQ ÜÇÜN BUNU ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Braziliyanın keçmiş prezidenti Jair Bolsonaro diplomatlara verilən A-1 vizasının müddəti bitdikdən sonra ABŞ-da qalmaqdan ötrü 6 aylıq turist vizası üçün müraciət edib.

Tribuna.az “Reuters”ə istinadən xəbər verir ki, Bolsonaro yanvarın 8-də tərəfdarları tərəfindən Konqresin repressiyasından sonra “hökuməti devirməyə cəhd” ittihamı ilə araşdırılır.

ABŞ-ın Kaliforniya ştatında Braziliya vətəndaşları ilə işləyən hüquq firması Bolsonaronun 6 aylıq turist vizası üçün müraciət etdiyini açıqlayıb. Bolsonaronun immiqrasiya üzrə vəkili Felipe Alexandre 30 dekabr 2022-ci ildən ABŞ-da olan keçmiş prezidentin ölkədə qalmaqdan ötrü viza üçün müraciət etdiyini təsdiqləyib.

Tribuna.az