“BOLMART”IN SAHİBİ “BİZİM MARKET”İ SAXLAYA BİLMƏDİ… MARKET BAĞLANIR…

“BOLMART”IN SAHİBİ “BİZİM MARKET”İ SAXLAYA BİLMƏDİ… MARKET BAĞLANIR…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkənin məşhur supermarket şəbəkələrindən olan “Bizim Market” MMC fəaliyyətini dayandıracaq. Məlumata görə, məhz bu səbəbdən şirkətin 29.12.2023-cü ilə qədər olan dövr ərzində nizamnamə kapitalı azaldılıb.

Tribuna.az xəbər verir ki, “Bizim Market” mağazalar şəbəkəsini ötən ilin avqustunda iş adamı Rasim Soltanov satışa çıxarmışdı. Satış elanından bir müddət sonra “Bizim Market” MMC “Bolmart” mağazalar şəbəkəsinin sahibi, “Promart” MMC-nin rəhbəri tərəfindən alınmışdı.

Bir müddət öncə “Grandmart”, “Bolmart” və “Megastore” supermarketlər şəbəkələri ilə gələcək fəaliyyətlərini birgə davam etdirmək qərarı alınan marketlər şəbəkəsinin bağlanması marağa səbəb olub.