BMT-DƏ AZƏRBAYCANA QARŞI BƏYANATLAR SƏSLƏNDİ… AKSİYA OLAN ƏRAZİYƏ BBC, CNN DƏVƏT EDİLMƏLİDİR…

BMT-DƏ AZƏRBAYCANA QARŞI BƏYANATLAR SƏSLƏNDİ… AKSİYA OLAN ƏRAZİYƏ BBC, CNN DƏVƏT EDİLMƏLİDİR…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Laçın dəhlizi ilə bağlı məsələni BMT Təhlükəsizlik Şurasının iclasına çıxardı. Ölkəmizə qarşı bəyanatlar verildi. Göründüyü kimi Ermənistan tərəfi və Rusiya geri çəkilmir və ölkəmizə qarşı diplomatik və informasiya cəbhəsində müharibəni davam etdirirlər. Azərbaycan bununla bağlı beynəlxalq kütləvi informasiya vasitələrini BBC, CNN və digər aparıcı tv-ləri ekoetirazların keçirildiyi əraziyə dəvət etməli və bu yolun ancaq humanitar məqsədlər üçün istifadə edilməsini sübut etməlidir.

Tribuna.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Məhəmməd Əsədullazadə səsləndirib. Onun sözlərinə görə, Azərbaycan geri addım atmamalı, Xankəndi yolunda ekoloji post qurmalıdır:

“Bizim üçün bu məsələ milli təhlükəsizlik məsələsi və sülhün bərqərarı üçün atılan addımdır.
Ölkə daxilində siyasi və hüquqi islahatlar keçirilməli, Azərbaycan Avropa İttifaqı ilə Çərçivə sazişi bağlamalıdır”.

Nigar

Tribuna.az