Hindistana Rusiya silahlarının tədarükü ABŞ-ın sanksiyalarından qorxduğu üçün dayandırılıb.
Tribuna.az xəbər verir ki, Bloomberg-in adının açıqlanmasını istəməyən Hindistan rəsmilərinə istinadən verdiyi məlumata görə, Hindistanın 2 milyard dollardan çox silaha görə ödəməsi təxminən bir ildir gecikir.
Həmçinin məqaləyə əsasən, Rusiya təxminən 10 milyard dollar dəyərində ehtiyat hissələrinin tədarükü üçün krediti dayandırıb və S-400 sisteminin iki batareyasının tədarükünü ləğv edib.
Agentlik yazır ki, Hindistan hakimiyyəti ABŞ-ın ikinci dərəcəli sanksiyaları altına düşmək qorxusundan dollarla ödənişdən imtina edir, Rusiya isə məzənnənin dəyişkənliyinə görə rupi ilə ödənişi qəbul etmək istəmir.
İndi tərəflər Qərbin sanksiyalarını pozmayacaq ödəniş mexanizmi tapmağa çalışırlar.









