Ucar rayon Mərkəzi Xəstəxanası Hüquqi Publik Şəxsin direktoru Zeynal Bayramlı 15 il ərzində milyonlarla manat dövlət vəsaitini talan edib. Talançılıqla əldə edilmiş vəsait hesabına Ağsu rayonunun Səməd Vurğun küçəsində “Zəm-Zəm” adlı klinika işa edib istifadəyə verib. Həmin poliklinikaya Ucar xəstəxanasından avadanlıqlar aparılır.
Bu şikayətlə Tribuna.az-a Ucar rayon sakinləri Səmədov Şahin, Əliyev Qürbət, Nəsibov Rasim və Seydidov Sadiq müraciət edib. Sakinlər bildirib ki, Zeynal Bayramlıya məxsus Şamaxı rayonunun Yeni Günəşli kəndində yerləşən möhtəşəm villanın dəyəri təxminən 500.000 manat təşkil edir:
“Bakı şəhəri Atyalı qəsəbəsi Xalid Məcdinov küçəsində yerləşən böyük bir malikanənin qiyməti 800.000 manat təşkil edir. Ucar rayonunun Qazıqumlaq kəndində yerləşən möhtəşəm villanın qiyməti təxminən 400.000 manatdır. Hansı ki, Zeynal Bayramlı hazırda Ucar rayonunun Qazıqumlaq kəndində qeydiyatdadır. Həmin kənd onun yaxın qohumu keçmiş nəqliyyat naziri Ziya Məmmədovun ana vətənidir.

Göyçay rayonunda yerləşən böyük villanın dəyəri təxminən 350.000 manat təşkil edir.
Əlavə olaraq qeyd edək ki, Zeynal Bayramlıya məxsus Bakı şəhərində Novaxanıda dəyəri təxminən 600.000 manat olan bir bağ evi, müxtəlif ünvanlarda novostroyka binada olan 4 mənzili var.
Faktiki olaraq, Zeynal Bayramlıya məxsus olan bu mənzillərin əksəriyyəti aşkar edilməmək üçün başqa-başqa şəxslərin adına sənədləşdirilib”.
Şikayətçilərin sözlərinə görə, Zeynal Bayramlı vəzifəsindən sui-istifadə edərək bir neçə il əvvəl həyat yoldaşı Sona Bayramlıya 2-ci qrup əlillik sənədi də düzəldib:“Hansı ki, Sona Bayramlı tam sağlam və əmək qabiliyyətinə malikdir. Bayramlılar ailəsi belə saxtakarlıq yolu ilə dövlət büdcəsinə ziyanlar vururlar”.










