Bir neçə gün əvvəl ABŞ İran ərazisində qəzaya uğramış hərbi təyyarənin ikinci pilotunu ərazidən çıxarmaq üçün əməliyyat keçirib.
Tribuna.az xəbər verir ki, Pentaqonun hazırladığı əməliyyat planı kifayət qədər maraqlı məqamları üzə çıxarıb.
Qeyd eddək ki, II pilotun axtarışları iki gün davam edib. İran əraziyə könüllü dəstələri, Bəsic və SEPAH qüvvələrini cəlb edib. Lakin dağlıq ərazilərdə həyata keçirilən bu axtarışlar nəticə verməyib.
ABŞ isə pilotunu xilas etmək üçün maraqlı bir addım atıb. İşin qəribə tərəfi odur ki, əməliyyatdan öncə amerikalı istehkamçılar C-130 hərbi təyyarəsinin enib, qalxması üçün dağlıq bölgədə mühəndis işləri görüblər. Eyni zamanda, bölgəyə xüsusi təyinatlılar göndərilib. Nəticəsə, pilot xilas edilib.
Həmin əməliyyat zamanı ABŞ ordusu iki C-130 təyyarəsi və iki helikopter itirib.
Hadisədən çıxan bir neçə nəticə var. Birincisi, dağlıq ərazidə, özü də İranın 300 km dərinliyində təyyarənin enib, qalxması üçün plastdarmın inşa edilməsi və İranın bundan xəbərsiz qalması onu deməyə əsas verir ki, rejim daxildəki proseslərə nəzarəti itirib. Hətta adi müşahidə missiyasını belə həyata keçirə bilmir.
İkinci maraqlı məqam odur ki, İranın havadan müdafiə sistemi yoxdur. Əks halda, ölkə içinə 300 km nüfuz edən ən azı ABŞ təyyarələrini vaxtında müəyyən edərək, vurmalıydı.
Bir başqa məsələ isə odur ki, SEPAH-ın quru qoşunları meydanda yoxdur. Faktiki olaraq, könüllülərdən ibarət Bəsic qüvvələrinə ümid bağlayıblar. Onların isə peşəkarlıq səviyyəsi xeyli aşağıdır. Elə bu səbəbdəndir ki, Lorestanda həyata keçirilmiş həmin əməliyyat zamanı 10 Bəsic üzvü amerikalı XTQ-nin asan hədəfinə çevrilib.
Fərda Uğur









