“Bir elektrotexnika mağazasında qiymətlər digərləri ilə müqayisədə çox bahadırsa, bunun bir məntiqi yoxdur. İnsanlar eyni məhsulu həmin mağazadan almayacaqlar, gedib başqa yerdən alacaqlar”.
Bunu Pravda.az-a açıqlamasında ekspert Natiq Cəfərli bildirib.
“Doğrudan da belə bir situasiya mövcuddursa, qiymətlərdə 20-30% fərq yaranırsa, bunu məntiqlə izah etmək çətindir. Çünki heç bir vətəndaş internetdə araşdırma aparmadan hansısa malı almaz. Ona görə də bu məsələnin kökündən araşdırılmasına ehtiyac var”, – ekspert qeyd edib.
Qeyd: Son zamanlar “Kontakt home”, “İrşad Electronics” və digər bu kimi mağazalar şəbəkələri ilə bağlı şikayətlər artmaqdadır. Müştərilər bildirirlər ki, bu şirkətlərin məhsulları digərləri ilə müqayisədə çox bahadır. Məsələn, eyni məhsulu zəmanətlə birlikdə başqa mağazadan “Kontakt home” və ya “İrşad Electronics”dəkindən 30% ucuz almaq mümkündür. İddia edilir ki, bahalığa səbəb monopoliyadır.









