Beyləqan və Tərtərdə heyvanlar vaksinasiya olunandan sonra kütləvi halda qırılır.
Tribuna.az xəbər verir ki, bu barədə jurnalist Həbibə Abdulla məlumat paylaşıb. O qedy edib ki, bölgə camaatına heyvanlar arasında “çiçək” xəstəliyinin yayıldığını deyərək peyvənd ediblər:
“Beyləqanda, Tərtərdə camaata bildiriblər ki, heyvanlar arasında çiçək xəstəliyi yayılıb və bu səbəbdən heyvanları peyvəndləyiblər. Vaksindən sonra heyvanlar qırılır. Nə baytarlıq, nə Kənd Təsərrüfatı Nazirliyi insanların səsinə səs vermir. Bu nə yanaşmadır, nə işdir? Vətəndaşa yazığınız gəlmir, barı qırılan heyvanlara yazığınız gəlsin!!!”.
Nigar
Tribuna.az









