Superliqa komandalarından olan “Beşiktaş” adı İtaliya və İngiltərə Premyer Liqası komandalarında hallanan Gedson Fernandesin transfer qiymətini müəyyənləşdirib.
Tribuna.az ajansspor.com-a istinadən xəbər verir i, “Ağ-qaralar” ötən mövsümün ara transfer dövründə Gedson Fernandesi 6 milyon avroya transfer etmişdi. 24 yaşlı futbolçu ilə İngiltərədən “Fulhem”, “Aston Villa” və “Kristal Pelas”, İtaliyadan isə “Latsio” və “Roma”nın da maraqlandığı qeyd edilir.
Rəhbərlik nəhəng klubların radarına düşən futbolçusu üçün 13 milyon avro istəyir. Bununla yanaşı sonrakı satışdan da 15 faiz pay tələb edirlər. Gənc futbolçunun keçmiş klubu “Benfika” ilə bağlanan xüsusi razılaşmaya görə, Beşiktaş Gedson Fernandesi satacağı təqdirdə transfer haqqının yarısını Portuqaliya klubuna verəcək.
Nihat









