Beren Saat müğənni oldu — VİDEO

Beren Saat müğənni oldu — VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

41 yaşlı aktrisa Beren Saat musiqi dünyasına addım ataraq, karyerasında yeni mərhələyə qədəm qoyub.

Tribuna.az-ın xəbərinə görə, onun ilk sinqlı “CapitaliZoo”dan bir parça tez bir zamanda diqqət çəkib.

“Aşk-ı Memnu” və “Fatmagülün Suçu Nə?” serialındakı rolları ilə tanınan Saat indi də musiqi layihəsi ilə gündəmdədir. Los-Ancelesdə yeni mahnısına klip çəkdirən aktrisa, layihə üçün yeni saç düzümü ilə də diqqət çəkib.

Saat mahnısı ilə bağlı açıqlamasında bunları deyib:

“”CapitaliZoo” dünyanın sizi necə ram etməyə çalışdığını dərk etməkdən ibarətdir. Biz hamımız azad və özümüzlə barışıq içində doğuluruq. Sonra personajlar yaradırıq və özümüzü əsl mənliklərimizdən uzaqlaşdırırıq. Bu mahnı içimizdəki uşağın zəkasına və hamımızın üzləşdiyimiz görünməz qəfəslərə qarşı üsyanıma bir qiymətdir”.

Dəniz Pənahova