Dünən İranda iki səs-küylü qətl hadisəsi baş verib.
Tribuna.az xəbər verir ki, hadisələrin hər ikisi Bəlucistan vilayətində baş verib.
Hadisələrdən biri sünni din xadimi Məhəmməd Nəzehtinin ölümü ilə bağlıdır. Belə ki, o, silahlı hücum nəticəsində öldürülüb. İddialara görə, hücum “ABŞ və İsrailin dəstəklədiyi separatçı kürd qrupları” tərəfindən təşkil edilib.
İkinci hadisə isə Bəluçistan əyalətinin Rask şəhərində yarıhərbi radikal “Bəsic” qüvvələrinin komandanı Əbdülrauf İshaqinin ölümü ilə bağlıdır. O da silahlı hücuma məruz qalıb. Evinin önündə güllələnən İshaqi xəstəxnada həyatını itirib.
Qeyd edək ki, bu il ərzində təkcə Sistan və Bəlucistan əyalətində ən azı 95 hərbçiyə silahlı hücum edilib. Onlardan 60-ı ölüb, 35-i isə yaralanıb.
Fərda Uğur









