Rusiyanın Belqorod vilayətində meydana gələn partlayışlar nəticəsində İES-də yanğın başlayıb.
TİA.AZ xəbər verir ki, bu barədə “Telegram” kanalları məlumat yayıb.
Həmçinin Belqorodun böyük bir hissəsində elektrik enerjisinin kəsildiyi qeyd olunur.Baş verənlərlə bağlı hələlik rəsmi məlumat yoxdur.
Xatırladaq ki, bundan əvvəl Belqorod yaxınlığındakı Oktyabrski kəndinin Ukrayna Silahlı Qüvvələri tərəfindən atəşə tutulması nəticəsində kənddə güclü yanğın başlayıb. Kənddəki silah-sursat anbarı partladılıb.










