“Bəzi bələdiyyə sədrləri qanunvericiliyi bilmir”.
Bunu Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında deputat Tahir Rzayev deyib.
Onun sözlərinə görə, bəzi bələdiyyə sədrləri vergiləri özbaşına artırır. Yerlərdə iş həyata keçirmək istəyənlərdən bələdiyyə sədri nəsə umur, müəyyən neqativ yollara gedir.
“Mənə bələdiyyələrdən çoxlu şikayət gəlir. Bələdiyyə sədri sahibkardan pul istəyir” deyən T.Rzayev bildirib ki, bələdiyyənin bu gün vətəndaşla münasibətləri yoxdur. Deputat qeyd edib ki, vergi yığmır, ancaq nəsə ummaqla pul almağa çalışır: “Bələdiyyələr ancaq deyirlər ki, maliyyələri yoxdur. Bəzən bundan bəhanə kimi istifadə edirlər”.
“Bələdiyyə sədrləri yerlərdə özünü ağa kimi aparır, bələdiyyələr sahibkara problemlər yaradır”, – deyə Tahir Rzayev əlavə edib.









