ABŞ Prezidenti Co Bayden və ailəsi Yeni ili Karib dənizindəki Santa Kruz adasında (Virciniya adaları) qeyd edəcəklər.
Tribuna.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Co Bayden yanvarın 2-də Vaşinqtona qayıdacaq.
Qeyd edək ki, dekabrın əvvəlində Ağ ev aparatının rəhbəri Ron Kleyn bildirmişdi ki, Bayden Yeni il bayramından sonra ikinci müddətə dövlət başçısı postuna namizədliyini irəli sürüb-sürməməsi ilə bağlı yekun qərarı verəcək. Rusiya lideri Putinin isə Yeni ili harada qarşılayacağı bəlli deyil. Müharibə səbəbindən bu il xüsusi bayram qeyd olunmayacağı gözlənilir. Sankt-Peterburqda şənliklər ləğv edilib. Görünür ki, Rusiya bayram ovqatında deyil.
Tribuna.az









