BAYDEN PUTİNƏ UKRAYNANIN 20 FAİZİNİ TƏKLİF ETDİ

BAYDEN PUTİNƏ UKRAYNANIN 20 FAİZİNİ TƏKLİF ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağ Ev və Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Bernsin Rusiya prezidenti Vladimir Putinə prezident Co Baydenin adından hazırlanmış sülh planının bir hissəsi olaraq davam edən müharibəni dayandırmaq üçün Ukrayna ərazisinin beşdə birini təklif etməsi ilə bağlı xəbərə cavab verib.

Tribuna.az Newsweek”ə istinadən xəbər verir ki, Mərkəzi Kəşfiyyat İdarəsinin rəsmisi bildirib ki, İsveçrə-Alman qəzeti “Neue Zürcher Zeitung” (NZZ) xəbərində Bernsin yanvar ayında Moskvaya gizli səfər etdiyi və Ağ Ev adından direktorun irəli sürdüyü sülh təklifi olduğu iddiaları yer alıb.

“The Washington Post” nəşri isə bu barədə yazır ki, keçən ay Berns Kiyevdə Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşmək və məlumatlandırmaq üçün gizli səfər edib.

Məlumata görə, həm Kiyev, həm də Moskva bu təklifi rədd edib.
Alman siyasətçiləri Baydenin Ukraynada uzun sürən müharibədən qaçmaq istədiyini və bu səbəbdən ərazini sülh planının bir hissəsi kimi təklif etdiyini bildiriblər.
Ukrayna və Rusiya təklifi rədd etdikdə, Bayden administrasiyası Kiyevi Abrams tankları ilə təmin edəcəyinə söz verib.