BAYDEN BARA GETDİ, GÖRÜN NƏLƏR OLDU

BAYDEN BARA GETDİ, GÖRÜN NƏLƏR OLDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belfast Sazişinin 25-ci ildönümü ilə əlaqədar 4 günlük İrlandiyaya səfər edən Bayden Sunak ilə görüşüb. Bayden daha sonra Dundalk şəhərindəki bara gedib.

Tribuna.az Gazete Duvar-a istinadən xəbər verir ki, Baydeni Belfast Beynəlxalq Hava Limanında Böyük Britaniyanın Baş naziri Rişi Sunak qarşılayıb. Səfərdə Baydeni bacısı Valeri Bayden Ouens və oğlu Hunter Bayden müşayiət edib.

Sunak Bayden ilə görüşdükdən sonra Tvitter hesabında ABŞ prezidentini razılaşmanın 25-ci ildönümündə Belfastda qəbul etməkdən məmnun olduğunu bildirib.

Razılaşmanın Şimali İrlandiyanı bugünkü möhkəm mövqeyə çevirdiyini ifadə edən Sunak, “Mənim diqqətim burada və Böyük Britaniyada insanlar üçün daha yaxşı bir gələcək qurmaqdır” deyib.

ABŞ prezidenti Bayden də görüşdən sonra Twitter-də Belfastda olmaqdan və Şimali İrlandiyaya sülh və firavanlıq gətirən razılaşmanın 25-ci ildönümünü qeyd etməkdən məmnun olduğunu qeyd edib.

“Mən Şimali İrlandiyanın böyük potensialını açmaq üçün birlikdə işləməyi səbirsizliklə gözləyirəm. Mən istəyirəm ki, Şimali İrlandiya xalqı bilsin ki, biz hər addımda sizinləyik və indi də yanınızdayıq”, – ABŞ prezidenti bildirib.

Bayden həmçinin Karlinqford yaxınlığındakı Dundalkdakı bara baş çəkib və orada çıxış edib. Oğlu və bacısı ilə bölgəyə səfər edən Bayden ulu babalarının böyük aclıq səbəbilə 1845-1852-ci illər arasında İrlandiyanı tərk etdiyini bildirib.