BAŞ NAZİRİN SÖYÜŞÜ HƏRRACA ÇIXARILDI – 100 min dollara

BAŞ NAZİRİN SÖYÜŞÜ HƏRRACA ÇIXARILDI – 100 min dollara

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeni Zelandiyanın baş naziri Jakinda Arderin parlamentdə mikrafonun açıq olduğunu unudaraq müxalif partiya liderinə qarşı söyüş söyməsi parlamentin rəsmi səs yazıları arxivinə düşmüşdü. Söyüşün rəsmi səs yazısı iki lider tərəfindən rəsmiləşdirilərək hərraca çıxarılıb.

Tribuna.az xarici mediaya istinadən xəbər verir ki, hərraca çıxarılan söyüşün səs yazısı üçün müəyyən edilən ilkin qiymət 100 min dollar olub.

Söyüş üçün artıq 282 nəfər təklif verib. Satışdan əldə edilən gəlir Yeni Zelandiyada yerləşən Prostat Xərçəngi Fonduna bağışlanacaq.

Xatırladaq ki, Yeni Zelandiyanın baş naziri Ardern dekabrın 13-də müxalifət lideri David Seymourun verdiyi sualları cavablandırdıqdan sonra yerinə əyləşərkən onun ünvanına söyüş söyüb. Mikrafon açıq qaldığından onun söydüyü söyüş parlamentin rəsmi səs yazıları arxivinə düşüb.

Nigar

Tribuna.az