Baş nazir postundan  velosipedlə getdi- Video

Baş nazir postundan velosipedlə getdi- Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Niderlandın sabiq Baş naziri Mark Rutte təxminən 14 il davam edən rəhbərlik dövründən sonra vəzifəsini Dick Schoof-a təhvil verib.

Tribuna.az xəbər verir ki, Rutte hökumət binasını hər hansı dəbdəbəli mərasim və ya rəsmi kortej olmadan, velosipedlə tərk edib.

Onun bu addımı ictimaiyyətdə diqqət çəkib. Belə ki, Niderland siyasətində sadə həyat tərzi və təvazökar davranışı ilə seçilən Rutte vəzifədən ayrılarkən də bu ənənəsinə sadiq qalıb.

Qeyd edək ki, Mark Rutte Avropada ən uzun müddət hakimiyyətdə qalan liderlərdən biri hesab olunur.

Onun hökumət binasını adi bir vətəndaş kimi tərk etməsi sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub.

Bir çoxları bu görüntünü sadəcə səlahiyyət təhvil-təslimi deyil, həm də siyasi mədəniyyət və idarəçilik nümunəsi kimi qiymətləndirib.

Nigar İxtiyarqızı