“Barselona” klubundan Messi AÇIQLAMASI

“Barselona” klubundan Messi AÇIQLAMASI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Barselona” klubunun vitse-prezidenti Rafa Yuste Leo Messinin yenidən transferi ilə yayılan məlumatları ilk dəfə təsdiqləyib.

Bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb. Klub rəsmisi Kataloniya təmsilçisinin Messini nə qədər istədiyini futbolçunun da bildiyini söyləyib:

“Leo Messinin nümayəndələri ilə əlaqədəyik. Leo bilir ki, ona nə qədər çox dəyər veririk və onu “Barselona”da görmək istərdik. Təbii ki, Messi də “Barselona” və şəhəri sevir, ümid edirik ki, onun buraya qayıtması üçün uyğun şərtlərlə razılıq əldə edərik”.

Qeyd edək ki, Messinin PSJ ilə müqaviləsinin müddəti cari mövsümün sonu başa çatır. PSJ futbolçuya yeni müqavilə təklif etsə də, Messi hələ ki, qəbul etməyib. Onunla MLS klubu “İnter Mayami” də yaxından maraqlanır.