“Bank Avrasiya” ən çox şikayət olunan bankdır

“Bank Avrasiya” ən çox şikayət olunan bankdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkə üzrə ən çox şikayət olunan bank “Bank Avrasiya” olub. Bu bank şikayət indeksində 1-ci yerdə qərarlaşıb.

Tribuna.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin yanvar ayı üzrə “Bank müştərilərinin bank xidmətlərindən istifadəsi üzrə şikayət indeksi”ni dərc edib. Məlumatı Marja.az yayıb.
Açıqlanan hesabata əsasən, göstərilən xidmətlərin həcmi və əhatə dairəsi ilə müqayisədə bəzi banklar üzrə daxil olan müraciətlərin sayı daha yüksək olub. Şikayət indeksində ən yüksək göstərici iki bankda qeydə alınıb. O banklardan birincisi “Bank Avrasiya”dır. İkinci yerdə isə “AFB Bank” qərarlaşıb. Hər iki bank ən çox şikayət olunan bank hesab edilir.
Orta şikayət indeksində isə 6 bank qərarlaşıb. Onlar “Bank BTB”, “Unibank”, “AccessBank”, “Bank of Baku”, “Yapı Kredi Bank Azərbaycan” və “Rabitəbank”dır.

Gülşən Rəsul