Dünən axşam paytaxt yolları yenə tıxacın cəngində idi. Az qala hər gün şəhər tıxac problemi yaşayır. Ötən gün isə yollarda hərəkət tamam iflic olmuşdu.
Tribuna.Az. xəbər verir ki, Bakının əksər prospekt və yollarında nəqliyyatın hərəkəti donmuşdu. Saatlarla yollarda qalan sürücülər mənzil başına gücikmiş halda çata biliblər.
BNA, Rabitə və Nəqliyyat Nazirliyi tıxacların aradan qaldırılması ilə bağlı heç bir kompleks addım atmırlar. Hətta Baş nazir Əli Əsədov Bakıda tıxac probleminin həlli ilə bağlı bir qərar imzalayıb.
Ancaq faktiki olaraq, BNA bu qərarı tərsinə oxuyaraq problemi daha da dərinləşdirən addımlar atdı. Misal üçün BNA baş nazirin qərarını “baş ayaq” anlayaraq Ziya Bünyadov prospektində zolağın birini avtobuslar üçün ayırdı. Bu da ən yüklü prospektlərdən olan Dərnəgül yolunda hərəkətin bir az da məhdudlaşdırılmasıdır.
Minik avtomobilləri avtomatik olaraq avtomobillər həmin zolaqla hərələt edə bilməyəcək, nəticədə tıxaclar daha da dözülməz həddə çatacaq.
Bəs BNA hansı addımları atmalıdır?









