Paytaxtın Bakıxanov qəsəbəsində hər gün səhər saatlarında yol bağlanır. Tribuna.az məlumat verir ki, insanların işə getdiyi saatlarda 45 dəqiqə, hətta 1 saat yol bağlı saxlanır və Heydər Əliyev prospektinə maşınları hissə-hissə buraxırlar. Belə ki, Yavər Əliyev küçəsi ilə Bülbülə istiqamətindən gələn maşınların hərəkəti məhdudlaşdırılır. Nəticədə böyük tıxac yaranır və bu hal az qal hər gün təkrarlanır. Lakin bu yolun bağlanmasının səbəbi izah edilmir. Şəhərin heç bir ərazisində qəsəbədən çıxış yollarını bağlamırlar. Sürücülər də narazılıq edirlər ki, hər dəfə işə gecikirlər, 1 saat yolda qalırlar və bu problemi tez-tez yaşayırlar. Halbuki yolda nə tıxac var, nə tənzimlənməsinə ehtiyac… Sadəcə, yol bağlanır deyə hərəkət iflic olur.
Tribuna.az










