BAKINI BU FƏLAKƏT GÖZLƏYİR – EKSPERTDƏN HƏYƏCAN TƏBİLİ

BAKINI BU FƏLAKƏT GÖZLƏYİR – EKSPERTDƏN HƏYƏCAN TƏBİLİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda istismar müddətini başa vurmuş minə yaxın bina söküldükdən sonra yerinə göydələnlərin tikilməsi paytaxtdakı sıxlığı fəlakət səviyyəsinə gətirəcək.

Bu sözləri Tribuna. Az-a əmlak eksperti Elnur Fərzəliyev Bakıda sökülməsi gözlənilən istismar müddətini başa vurmuş minə yaxın binanın yerində tikiləcək hündürmərtəbəli binaların yaradacağı problemdən danışarkən deyib. Ekspert bildirib ki, şəhərdə aparılacaq bütün tikinti işləri Bakının baş planına əsasən aparılmalıdır:

“Əgər istismar müddəti başa çatmır 5 mərtəbəli bina sökülüb yerinə 16 mərtəbəli bina tikilirsə, bu hansısa problemin aradan qaldırılmasına zərrə təsir etməyəcək. Köhnə, qəzalı vəziyyətdə olan binalar söküldükdən sonra plana əsasən iş aparılmalıdır. Vacib deyil ki, sökülmüş binanın yerinə mütləq şəkildə yeni bina tikilsin. Bəzi binaları söküb yolu genişləndirmək, yeni avtomobil yolları salmaq, avtomobil parkları qurmaq olar. 5 mərtəbəli binanın yerinə 16 mərtəbəli bina tikməklə daha çox sıxlığa, tıxaca, yol darlığına şərait yaradılmış olacaq”.

Ekspert bildirib ki, Bakı şəhərində küçələrdə, yollarda, məktəblərdə, bağçalarda yaranmış sıxlığın səbəbi plansız şəkildə aparılan tikintilərdir:

“Bu gün Bakı şəhərində məktəb, dövlət bağçası çatışmazlığı var. Elə komplekslər var ki, onların özünə ayrıca məktəb, bağça lazımdır. Bu gün məktəblərdə bir sinifdə 35-40 uşağın olması tikilən komplekslərə qarşılıq məktəblərin inşa edilməməsidir.

Şəhərdə durmadan əhali sayı artır, ancaq bu saya uyğun məktəb, dövlət bağçası uyğun gəlmir. Hündürmərtəbəli binalar tikildikcə məktəblər inşa edilməlidir, yol genişləndirilməli, avtomobil parkları yaradılmalıdır. Ancaq bu işlər heç bir normalar qorunmadan kor-koranə aparılır. Qəzalı halda olan binanı söküb yerində hündürmərtəbəli bina inşa etmək hansı problemi həll edir? Hansı qəzalı bina sökülərkən yerində inşa ediləcək hündürmərtəbəli binada yaşayacaq sakinlərin tələbləri nəzərə alınıb? Hansı kompleks salınarkən yaxınlığında məktəb, bağça, avtomobil parkı, poliklinika inşa edilib? Mən son illərdə belə bir kompleks işin şahdii olmamışam. Varsa da çox azdır”.

E.Fərzəliyev bildirib ki, komplekslər, hündürmərtəbəli binalar salınarkən bu normalar nəzərə alınmadıqca şəhərdəki, yollardakı sıxlıq problemini aradan qaldırmaqdan söhbət belə gedə bilməz.
Nigar