Bakı kinoteatrları Türkiyəyə qarşı çəkilmiş “Odda – İki bacı” (“Sisters apart”) filmini nümayiş etdirməkdən imtina edib.
Buna baxmayaraq, Almaniyanın Bakıdakı səfirliyi və Aİ-nin Azərbaycandakı nümayəndəliyi filmi gələn həftə “Landmark”da nümayiş etdimək niyyətindədir. Tribuna.az məlumat verir ki, politoloq Zaur Məmmədov bu məsələyə şərh verib. O, sual edir ki,
PKK terrorçusunu qəhramana çevirən “Odda – iki bacı” filmiylə kimlər nə demək istəyir: ”
İlk baxışdan qeyri – siyasi mövzular vasitəsilə məqsədyönlü şəkildə siyasi təbliğatlar dünyanın hər yerində tez – tez baş verir. Beyin mərkəzləri kütlələri müəyyən dövlətlərin, ayrı- ayrı qrupların obyektinə çevirmək üçün son zamanlar daha çox “mədəni tədbirlərdən” istifadə edirlər. Bu təbliğat vasitələrindən biri də filmlərdir.
Məsələn, bu yaxınlarda Almaniya səfirliyi tərəfindən – “Odda- iki bacı” filminin Bakıda nümayişi nəzərdə tutulub. Sual olunur. Kürd terrorçuluğu haqqında çəkilən bu filmin göstərilməsinə cəhdin məqsədi nədir?
Landmarkda dekabrın əvvəli baş tutmalı olacaq bu filmi boykot etmək lazımdır”.









