Bakıda iki yeni metro tuneli inşa ediləcək

Bakıda iki yeni metro tuneli inşa ediləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bakı Metropoliteninin inkişaf strategiyasının əsas mərhələlərindən biri olan Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinin tikinti mərhələsinə 15 avqust 2026-cı il tarixindən başlanılması nəzərdə tutulur.
 Tribuna.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” məlumat yayıb.
Məlumata görə, “Nizami”–”28 May” arasında mövcud tunel istismardan çıxarılacaq və konstruktiv baxımdan ləğv ediləcək. Əvəzində “Nizami”–”Cəfər Cabbarlı” istiqamətində iki yeni metro tuneli inşa ediləcək.
Tikinti işlərinin təxminən 10 ay müddətində başa çatdırılması planlaşdırılır. Bu müddətdə Yaşıl xətt üzrə qatarların hərəkəti müvəqqəti olaraq “Nizami” stansiyasına qədər təşkil olunacaq.