BAKI NƏQLİYYAT AGENTLİYİNDƏN BİR PANDUS ÜÇÜN SÜRÜNDÜRMƏÇİLİK – FOTO

BAKI NƏQLİYYAT AGENTLİYİNDƏN BİR PANDUS ÜÇÜN SÜRÜNDÜRMƏÇİLİK – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Nəqliyyat Agentliyinə müraciət edən Vahid Sərkərov narazıdır. Tribuna.az məlumat verir ki, 29.03.2022 tarixində Bakı Nəqliyyat agentliyinə məktub yazıb. “Müraciətim Xətai rayonu, Vungtau küçəsində, 6 saylı Asan xidmətin qarşısında nizamlanmayan piyada keçidində pandusların təşkili ilə əlaqədardır. Cavab olaraq Bakı Nəqliyyat Agentliyinin məktubunda qeyd olunmuşdur ki, əraziyə baxış keçirilmişdir və araşdırmalar aparılmışdır, sözügedən ərazidə piyadaların, azmobilli insanların rahatlığı və təhlükəsizliyini təmin etmək məqsədilə pandusların təşkil edilməsi məqsədəmüvafiq hesab edilmişdir, sözügedən ərazidə panduslar prosedura uyğun olaraq təşkil ediləcək. Amma panduslar təşkil olunmayıb və hər dəfə Bakı Nəqliyyat Agentliyinə müraciət olunanda məhəl qoymurlar. Məsuliyyətsiz bir qurumdur.

Əlavə olaraq Bakı şəhəri İcra Hakimiyyətinə zəng vurub bildirdim, ordan mənə dedilər ki, Eldar Əzizova məktub yazım, çox gülməli bir haldı, bir pandus düzəltmək üçün Bakı Şəhər İcra Hakimiyyətinin Başçısına məktub yazım”.

Tribuna.az