Bakıda tıxacın aradan qaldırılması üçün əcaib variantlar tapılmaqdadır. Şəhərin əksər küçə və prospektlərində zolaqların biri avtobuslar üçün ayrılır ki, guya bununla nəqliyyatın hərəkəti nizamlanacaq. Lakin Bakı Nəqliyyat Agentliyi bununla şəhəri daha da tıxacın cənginə salmaqdadır.
Tribuna.az məlumat verir ki, BNA paytaxtı tamamilə iflic etməkdədir. Artıq elə bir yol yoxdur ki, orada bir zolaq avtobus üçün ayrılmasın. Onsuz da dar və sıxlıq olan, yollar indi bərbad vəziyyətə düşməkdədir. Çünki avtobus zolağına daxil olacaq avtomobili cərimə gözləyir. Nəticədə sürücülər tıxacda əsəb keçirərək qalmalı, amma yolun sağ istiqamətinə keçməməlidir. Təəssüf ki, şəhərin nəqliyyatının idarə edilməsində başbilənlər bu cür məntiqsiz qərarlar verməklə gördükləri işi ölkə rəhbərliyinə islahat kimi təqdim edirlər. Ona görə də şəhəri indi daha böyük tıxac və fəlakət gözləməkdədir. Qeyd edək ki, BNA yarıtmaz qurum olduğunu çoxdan sübut edib və onun meriyanın tabeliyinə verilməsi fəaliyyətində heç bir müsbət effekt yaratmayıb.









