Bakı Ağır Cinayətlər Məhkəməsində proses zamanı ölüm hadisəsi yaşanıb.
Tribuna.az xəbər verir ki, bu barədə sosial şəbəkədə vəkil Adəm Məmmədov məlumat paylaşıb. O bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxs proses zamanı dünyasını dəyişib:
“Hüquqlarını müdafiə etdiyim Qədimov Şəmil Əli oğlu məhkəmə prosesi zamanı vəfat etdi. Həyat çox etibarsızdı. Allah rəhmət eləsin!”.
Xatirladq ki, dünyasını dəyişən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilirdi. Onun ürək tutmasından vəfat etdiyi deyilir.
Nigar
Tribuna.az










