BAHALAŞMA DƏHŞƏTLİ HƏDDƏ… ƏDV 18 %-DƏN 2%-Ə ENDİRİLSİN – TƏKLİF

BAHALAŞMA DƏHŞƏTLİ HƏDDƏ… ƏDV 18 %-DƏN 2%-Ə ENDİRİLSİN – TƏKLİF

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2022-ci ilin yanvar-oktyabr, yəni ilin ilk 10 ayında ölkəyə 33.806 ton ət məhsulları idxal edilib, bir kq ətin idxal qiyməti 3 manat 6 qəpik olub. Eyni dövrdə ölkəyə 15. 494 ton kərə yağı idxal olunub ki, bir kq kərə yağının idxal qiyməti 9 manat 69 qəpik təşkil edib. Ət və ət məhsullarının, kərə yağının pərakəndə satışda çox yüksək qiymətlərlə satılmasının əsas səbəblərindən biri məhz 18%-lik ƏDV-dir.

Tribuna.az-ın məlumatına görə, belə açıqlama ilə iqtisadçı Natiq Cəfərli çıxış edib. Onun fikrincə, pərakəndə satışda ərzaq məhsullarının ƏDV-si kəskin azaldılmalıdır, 18%-dən 2%-ə endirilməlidir:
N.Cəfərli deyib ki, bu qiymətlərin tənzimlənməsində ciddi rol oynayacaq:

“İnflyasiya, qiymət artımı insanların belini bükür, kasıblaşdırır, real gəlirlər azalır. Ölkədə normal iqtisadi institutlar olmadığı üçün inflyasiya ilə, məsələn, Mərkəzi Bankın uçot dərəcəsi kimi alətlərlə mübarizə aparmaq mümkün deyil”.

Tribuna.az