BAHALAŞMA DAVAM EDİR… NİYƏ TƏDBİR GÖRÜLMÜR?

BAHALAŞMA DAVAM EDİR… NİYƏ TƏDBİR GÖRÜLMÜR?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin əvvəlindən nazirlər, deputatlar, məmurlar ərzaq qiymətlərinin artmasını dünyada gedən proseslərlə izah etməyə çalışırdılar. Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə isə, qlobal ərzaq qiymətləri 6 aydır ki, davamlı olaraq ucuzlaşır: Bitki yağı qiymətlərinin indeksi aylıq 6,6 faiz azalaraq 2021-ci ilin fevralından bəri ən aşağı səviyyəyə enib. Süd məhsullarının qiymət indeksi ayda 0,6 faiz azalıb, ətin qiymət indeksi yüzdə 0,5 faiz geriləyib, şəkərin qiymət indeksi sentyabr ayında 0.7 faiz azalıb.

Tribuna.az xəbər verir ki, bu fikirlərlə iqtisadçı ekspert Natiq Cəfərli çıxış edib. O bildirib ki, dünyadan ərzaq məsələsində asılıyıq, ərzaqla özümüzü cəmi 25% təmin edirik, dünyada qiymət artanda bizə də təsir edirsə, azalanda da etməlidir:
“Bəs qiymət azalanda niyə bizə heç bir təsiri olmur?! Bu necə asılılıqdır ki, ancaq birtərəfli, bahalığa doğru işləyir?! Deməli, problemlərin kökü bu deyil. Azərbaycandakı inflyasiyanın səbəbi daxili problemlərdən qaynaqlanan məsələlərdir. İllərdir inhisarçılıq, vergi və gömrük siyasəti ilə bağlı problemlər dilə gətirilsə də, həlli yolları ilə bağlı hansısa addımlar atılmır. Aylardır heç olmasa həm ərzaqlarda, həm də dərmanlarda əlavə dəyər vergisinin və gömrük rüsumlarının aşağı salınmasını təklif etmişik, amma cavab vermirlər, məsələni müzakirə belə etmək istəmirlər”.

Cavid Ali Zeynal