Türkiyədə Ülkücü Ocaqlarının keçmiş başqanı Sinan Atəşin sui-qəsd nəticəsində qətlinə bir sıra siyasi təşkilatlardan başsağlığı gəlməsinə baxmayaraq, Ülkücü Ocaqlarının və MHP lideri Dövlət Bağçalının susqun qalması etirazlar doğurub. Tribuna.az Türkiyə mediasına istinadla xəbər verir ki, bu səbəbdən MHP-də yarpaq tökümü başlayıb. Partiyanın səssizliyinə cavab olaraq bir sıra üzvlərin istefa verdikləri bildirilir. Onlar sosial media hesabında istefa xəbərlərini yayırlar. S. Atəş motosikletli biri tərəfindən başından açılan atəşlə öldürülüb. CHP, ABB, Gələcək Partiyasının liderləri başsağlığı veriblər, MHP isə susub.
Tribuna.az









